"Heydər Atamız" | Ulu Öndər Heydər Əliyev haqqında şeir

"Heydər Atamız" | Ulu Öndər Heydər Əliyev haqqında şeir Heyder Eliyev seiri

Azərbaycan adını,
Azərbaycan xalqını,
Dünyaya tanıtdıran,
Heydər atamız oldu.

             ***

Sinəndə köz də yansa,
Dilində söz də yansa,
Qarşında kim dayansa,
Yaşa, ey odlar yurdu.

             ***

Tanrı sənə yetirib,
Heydər kimi bir oğlu.
Keşiyində dayanıb
Basılmaz, igid ordu.

             ***

Damarında türk qanı
Axan Heydər özüdür.
Bütün türk dünyasında,
Atatürklə özüdür.

Zəminə Bayramova.  

 

 

0 şərh